...

İlham Əliyev Şri Lanka prezidentini Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 3 Fevral 2006 19:19 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də Şri Lanka Demokratik Sosialist Respublikasının prezidenti Mahinda Racapakseyə həmin ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda xüsusilə qeyd olunur: "Milli bayramınız- Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir".

Xəbər lenti

Xəbər lenti