...

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinin səlahiyyət müddəti başa çatıb

Siyasət Materials 6 Fevral 2006 11:55 (UTC +04:00)

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslının səlahiyyət müddəti başa çatıb. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən verilən məlumata görə, missiyasının başa çatması ilə əlaqədar E.Araslı fevralın 5-də taxtın varisi, baş nazirin müavini, müdafiə və aviasiya naziri əmir Sultan bin Əbdüləziz əl Səud tərəfindən qəbul olunub.

Söhbət zamanı Azərbaycan diplomatı dövlət rəhbərliyi tərəfindən diplomatik missiyanın üzvlərinə yaradılmış gözəl iş şəraitinə görə baş nazirin müavininə təşəkkürünü bildirib.

Əmir Sultan bin Əbdüləziz əl Səud isə öz növbəsində səfirin işini yüksək qiymətləndirib və qeyd edib ki, E.Araslının diplomatik missiyanın rəhbəri kimi 12 illik fəaliyyəti ərzində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr yeni səviyyəyə qalxaraq hərtərəfli xarakter daşıyıb.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın istifadə olunmamış böyük potensialından faydalanmaq üçün yaxşı imkanlar var.

Xəbər lenti

Xəbər lenti