...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) rayon təşkilatlarının konfransları başa çatıb

Siyasət Materials 6 Fevral 2006 17:27 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) (AXCP) qurultaya hazırlıqla bağlı rayon təşkilatlarının konfransları başa çatıb. Bu barədə Trend ə AXCP (k) sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu bildirib ki, bu həftə partiyanın İdarə Heyətinin toplantısı keçiriləcək, Toplantıda partiyanın Ali Məclisinin iclasının tarixi müəyyənləşdiriləcək: "Ali Məclisin toplantısında qurultaya hazırlıqla bağlı rayon təşkilatlarında keçirilən konfransların yekunu müzakirə olunacaq. Ali Məclisdə isə qurultayın keçirilmə tarixi dəqiqləşdiriləcək".

AXCP (k) sədri onu da vurğulayıb ki, qurultayda partiyanın adının dəyişdirilməsi məsələsi gündəliyə salınacaq: "Bunu partiyanın qeydiyyata alınması məqsədilə müzakirə edəcəyik". Qurultayın mart ayında keçiriləcəyi dəqiqləşdirilib.

Xəbər lenti

Xəbər lenti