...

Azərbaycan prezidenti Heraldika Şurasının yaradılması haqqında fərman imzalayıb

Siyasət Materials 8 Fevral 2006 11:01 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev Azərbaycan Respublikasında heraldika sahəsində vahid dövlət siyasətinin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası prezidentinin yanında Heraldika Şurasının yaradılması haqqında" fərman imzalayıb.

Fərmana əsasən, Heraldika Şurası və "Heraldika dövlət reyestri haqqında" əsasnamə təsdiqlənəcək. Nazirlər Kabinetinə bir ay ərzində qüvvədə olan normativ-hüquqi aktların fərmana uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək tapşırılır.

Heraldika Şurasının rəhbəri prezidentin icra aparatının başçısı Ramiz Mehdiyev, onun müavini isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov təyin edilib. Şuranın tərkibinə mədəniyyət və turizm naziri, prezident aparatı və İncəsənət Akademiyasının nümayəndələri, o cümlədən ölkənin bir sıra ictimai və mədəniyyət xadimləri daxil edilib.

Xəbər lenti

Xəbər lenti