...

Fransanın səfiri Azərbaycanı tərk edib

Siyasət Materials 8 Fevral 2006 12:51 (UTC +04:00)

Fransanın Azərbaycandakı missiyasını başa vurmuş səfiri Rolan Blatman fevralın 7-də ölkəni tərk edib. Bu barədə Trend ə Fransanın Bakıdakı səfirliyindən məlumat verilib.

R.Blatman Azərbaycanda 2004-cü ilin iyunundan işləyirdi. Təqaüdə çıxması ilə əlaqədar o, diplomatik missiyasını vaxtından əvvəl başa vurub.

Səfirlikdən verilən məlumata görə, Fransa Azərbaycandakı yeni səfirini artıq təyin edib. Yaxın vaxtlarda onun namizədliyi Azərbaycanın xarici işlər nazirliyi ilə razılaşdırılacaq. Yeni səfirin adı XİN-in razılığından sonra açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti