...

Fevralın 21-22-də GUAM-ın əlaqələndiriciləri Tiflisdə yığışacaq

Siyasət Materials 9 Fevral 2006 14:55 (UTC +04:00)

Fevralın 21-22-də Tiflisdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələrinin milli əlaqələndirici-ekspertlərinin görüşü planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın xarici işlər Nazirliyində bildirilib.

Görüşün gündəliyinə GUAM üzvü ölkələrinin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra məsələlər daxildir. Bu məsələlər arasında GUAM birliyinə beynəlxalq təşkilat statusunun alınması üçün sənədlərin hazırlığı, regional energetika təhlükəsizliyi məsələləri, nəqliyyat dəhlizlərinin inkişafı, GUAM-ın Ukraynada keçirilməsi planlaşdırılan növbəti sammitinin təşkili kimi məsələlər vardır.

Fevralın 9-da əlaqələndiricilərin görüşünə hazırlıq olaraq Gürcüstan XİN-də GUAM ölkələri nümayəndələrinin məsləhətləşmələri aparılır.

Xəbər lenti

Xəbər lenti