Ötən il Babək rayonunda sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində əsaslı işlər görülüb. Büdcənin mədaxil hissəsində nəzərdə tutulmuş 10 tədiyyə növündən 9-u üzrə tapşırıqlara artıqlaması ilə əməl olunub, plan 198,4% yerinə yetirilib.
Rayon statistika idarəsindən "Trendə" verdiyi məlumata görə, keçən il tədiyyə planları 4 milyon 223 min manata qarşı 8 milon 379, 4 min manat olmuş, büdcəyə 4 milyon 156,4 min manat artıq vəsait toplanıb. Bu 2004-cü illə müqayisədə 1954 min manat, yaxud 30,5% çoxdur.