...

Aydın Quliyev ADP sıralarından istefa verdi

Siyasət Materials 13 Fevral 2006 13:55 (UTC +04:00)

"Bakı xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin keçmiş üzvü Aydın Quliyev partiya sıralarından istefa verdiyini bəyan edib. Bu barədə Trend ə Aydın Quliyev açıqlama verib.

O bildirib ki, ADP sıralarını tərk etməsinin səbəbi partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlunun partiyanı monopoliyasında saxlaması və öz mənfəətlərinin qurbanına çevirməsidir: "ADP-nin Bakı rəhbərliyində təmsil olunan Sərdar Cəlaloğlu və tərəfdarları Ali Məclisin dünənki iclasında sədr Rəsul Quliyevin etimadla bağlı müraciətinin səsə qoyulmasına imkan vermədi. Bununla onlar faktiki olaraq Rəsul Quliyevin partiyanın sədri və lideri olmasının, ona yenidən etimad göstərilməsinin qərar şəklində çıxarılmasına şərait yaratmadılar. Qrupun bu siyasəti davam edənə qədər mən ADP sıralarında qala bilmərəm", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti