...

AMİP rəsmiləri Respublikaçılar İnstitutu və ATƏT-in Bakı ofislərinin rəhbərləri ilə görüşüb

Siyasət Materials 15 Fevral 2006 17:56 (UTC +04:00)

Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov və təşkilat katibi Rəşad Bayramov fevralın 15-də ABŞ Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Dallas Frohriblə görüşüblər. Trend xəbər verir ki, görüşdə AMİP və ABŞ Respublikaçılar İnstitutu arasındakı əlaqələr və partiyada baş verən proseslər müzakirə olunub.

Görüşdə iki qurum arasındakı gələcək əlaqələrin daha da möhkəmləndirilməsi və partiya üzvləri üçün müxtəlif səviyyəli treninqlərin keçirilməsi razılaşdırılıb.

Elə həmin gün partiyanın adıçəkilən rəsmiləri ATƏT-in Bakı ofisində səfir Maurisio Pavesi və ATƏT-in Demokratikləşmə məsələləri üzrə məsul işçisi xanım İnqrid Angela Qossinqerlə görüşüblər. Görüşdə parlament seçkilərindən sonra AMİP-dəki vəziyyət səfirin diqqətinə çatdırılıb və təkrar parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. M.Pavesi seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı fevralın 27-28-də keçiriləcək seminara dəvəti AMİP-in baş katibinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti