Azərbaycan prezidenti İlham Əliyev fevralın 15-də Braziliya, Kanada, Madaqaskar, Higeriya, Portuqaliya, Qırğızıstan və Slovakiya səfirlərinin etimadnamələrini qəbul edib. Bu barədə Trend Lider telekanalına istinadən bildirir.
Dövlət başçısı ümid etdiyini bildirib ki, onların fəaliyyəti Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.
Prezidentə öz etimadnamələrini Braziliya, Kanada, Madaqaskar, Nigeriya, Portuqaliya, Qırğızıstan və Slovakiyanın səfirləri - Sezario Malantonio Meton, İv Brodeur, Elio Alfonse Maksim Davon, İbrahim Qancama Abubakar, Xorqe Alberto Noqueiran, Aras Çumaqulov və Auqistin Çisar təqdim edib.