...

Elmar Məmmədyarov: Azərbaycan Aİ-nın Avropa Qonşuluğu Siyasəti çərçivəsində Fəaliyyət proqramının tezliklə təsdiqlənməsində maraqlıdır

Siyasət Materials 16 Fevral 2006 14:23 (UTC +04:00)
Elmar Məmmədyarov: Azərbaycan Aİ-nın Avropa Qonşuluğu Siyasəti çərçivəsində Fəaliyyət proqramının tezliklə təsdiqlənməsində maraqlıdır

2006-cı il martın 7-də Azərbaycandan olan ekspertlər qrupu Aİ-nın Avropa Qonşuluğu Siyasəti çərçivəsində Fəaliyyət proqramının hazırlanması ilə bağlı məsələləri müzakirə etmək üçün Brüsselə gedəcəklər. Trend in məlumatına görə, belə bir bəyanatla fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AK-nın Avropa Qonşuluq Siyasətinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdnerlə apardığı danışıqların yekunu ilə bağlı keçirilən brifinqdə bəyan edib.

"Danışıqlar Fəaliyyət proqramının hazırlanması üzrə ikinci mərhələ çərçivəsində aparılacaq və biz yaxın vaxtlarda bu proqramın qəbul ediləcəyinə ümid edirik", -deyə E. Məmmədyarov bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri onu da bildirib ki, fevralın 24-25 -də Azərbaycan tərəfinin dəvəti ilə Aİ-nın nümayəndələri Bakıya gələcəklər. "Keçirilən danışıqların gedişində Azərbaycan qazının Avropaya idxalı, eləcə də energetika təhlükəsizliyi mövzusu ilə bağlı məsələlər müzakirə olunacaq", -deyə o bildirib.

Bununla yanaşı, E. Məmmədyarov B. Ferrero-Valdnerlə danışıqların gedişində Aİ-nın Azərbaycanda "quş qripi"nin yayılmaması məsələsində yardımı məsələsinin müzakirə olunduğunu da bəyan edib.

Xəbər lenti

Xəbər lenti