...

İlham Əliyev: Güclü Azərbaycanın yaradılması üçün bütün şərait var

Siyasət Materials 17 Fevral 2006 14:50 (UTC +04:00)
İlham Əliyev: Güclü Azərbaycanın yaradılması üçün bütün şərait var

Bu gün Azərbaycanın özündə olduğu kimi, bütövlükdə regionlarda da ölkənin inkişafı üçün çox əlverişli vəziyyət yaranıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev fevralın 17 -də "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı"nın 2-ci ildönümünə həsr olunmuş konfransda bəyan edib.

Dövlət başçısının sözlərinə görə, burada həm təbii amillər, həm də Azərbaycanın regionda və ümumilikdə bütün dünyada oynadığı rol əhəmiyyət kəsb edir. "Azərbaycan mühüm regional proseslərin təşəbüsskarıdır. Bakının iştirakı olmadan regionda heç bir siyasi, iqtisadi və ya nəqliyyat layihələrini həyata keçirmək mümkün deyil. Bu reallıqdır və zaman keçdikcə Azərbaycanın çəkisi daha da artacaq", -deyə İ. Əliyev öz ölkəsinin gələcəyinə nikbinliklə baxdığını qeyd edib.

"Güclü Azərbaycanın yaradılması üçün bütün şərait var. Bu, respublikanın coğrafi vəziyyəti, təbii ehtiyatları, dövlətin kursuna ictiamiyyətin dəstəyi, xalqla hakimiyyətin birliyi, iqtisadi islahatlar və bir çox başqalarıdır", - deyə dövlət başçısı bildirib. O qeyd edib ki, hələ iki il əvvəl dövlətin sahibkarlığı tam dəstəkləməsi üçün zəruri vəsaiti yox idi. Lakin artıq 2006-cı ildə kreditlərin ümumi məbləği 100 milyon dollar təşkil edir. Prezidentin sözlərinə görə, başlıcası, sadəcə olaraq şüar olmayan və fəaliyyət göstərməli olan düzcün siyasi xətt və doğru dövlət proqramının olmasıdır.

İ. Əliyevin bildirdiyinə görə, "Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" çərçivəsində əsas işlər dövlətin hesabına həyata keçirilsə də, sahibkarlar burada fəal iştirak etməlidirlər. Dövlət başçısı qeyd edib ki, son illər ərzində Azərbaycanda 340 min iş yeri açılıb ki, bu da yoxsulluq həddində yaşayan əhalinin 49 faizdən 29 faizə enməsinə imkan verir.

Bununla yanaşı, dövlət başçısı həmçinin, minimal əmək haqqının bundan sonra da artırılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti