...

Vilayət Zahirov: "Azərbaycanın penitensiar sistemi sahəsində beynəlxalq təşkilatlarla həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir"

Siyasət Materials 17 Fevral 2006 16:22 (UTC +04:00)

Azərbaycanın penitensiar sistemi sahəsində beynəlxalq təşkilatlarla həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir. Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov Avropa Şurasının Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşündə söyləyib.

V.Zahirov Azərbaycanda penitensiar sistemin fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üzrə aparılan köklü islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bu sahədə beynəlxalq təşkilatlarla həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Katibliyinin Cinayət Problemləri Departamentinin müdiri xanım Marqaret Killerbi Azərbaycanın penitensiar sistemində aparılan islahatları yüksək qiymətləndirərək, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlıqdan məmnun qaldığını və qeyd olunan Proqramın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Avropa Şurası və Avropa Komissiyasının birgə Proqramı üzrə fəaliyyət planının layihəsi müzakirə olunu. Proqram çərçivəsində penitensiar xidmət əməkdaşlığı üçün treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qabaqcıl Avropa ölkələrinə tədris səfərlərinin təşkili, penitensiar sistemdə həyata keçirilən islahatlara texniki yardım göstərilməsi və başqa istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin, digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub. Avropa Şurası Katibliyinin Hüquqi sahədə proqramların əlaqələndiricisi cənab Alessandro Mançini Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi əhəmiyyətini qeyd edib. Vakant hakim vəzifələrinə namizədlərlə test imtahanlarının və şifahi müsahibənin beynəlxalq standartlara uyğun, tam obyektiv və şəffaflıq şəraitində keçirilməsini xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti