...

Millət vəkilləri mart-aprel aylarında Latviyaya gedəcək

Siyasət Materials 21 Fevral 2006 16:44 (UTC +04:00)

Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu mart-aprel aylarında Latviyaya səfər edəcək. Bu barədə Trend ə adıçəkilən qrupun rəhbəri, millət vəkili Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva qeyd edib ki, ötən il onların dəvəti ilə Latviya-Azərbaycan dostluq qrupu Azərbaycana səfər edib. Latviyalı millət vəkillərini Azərbaycanın dövlət başçısı qəbul edib, onlar parlament rəhbərliyi, Xarici İşlər Nazirliyində görüşlər keçiriblər: "Sonradan qrupun rəhbəri Oleq Denisov bizə məktub göndərərək Latviyaya dəvət edib. Lakin parlament seçkilərinə hazırlıq prosesi səfərimizi təxirə saldı. Qərara almışıq ki, səfərimizi mart-aprel aylarında reallaşdıraq".

Millət vəkili onu da bildirib ki, səfər çərçivəsində iki dövlət arasında əməkdaşlıq perspektivləri müzakirə ediləcək: "Bu ölkələrin deputatları beynəlxalq təşkilatlarda bir-birlərinə siyasi dəstək verirlər. Səfər çərçivəsində qanunvericilik təcrübəsi sahəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının əlaqlərinin genişləndirilməsi məsələləri də müzakirə ediləcək".

Qeyd edək ki, nümayəndə heyətinə millət vəkilləri Aydın Abbasov və Çingiz Əsədullayev daxildir.

Xəbər lenti

Xəbər lenti