...

MDB ölkələrinin ekspertləri Birlik dövlətləri vətəndaşlarının pensiya təminatı məsələsini razılaşdırır

Siyasət Materials 21 Fevral 2006 17:34 (UTC +04:00)

Fevralın 21-22-də Minskdə keçiriləcək iclasda MDB ölkələrinin ekspertləri pensiya təminatı sahəsində Birlik dövlətləri vətəndaşlarının hüquqlarına zəmanətə dair sazişə əlavə və dəyişikliklər edəcək. Bu barədə Trend ə MDB-nin icra Katibliyindən məlumat verilib.

Ekspertlərin bu məsələ ilə bağlı əvvəlki iclasında Birlik dövlətlərinin təkliflərinə baxılmış və xüsusilə bu sazişə dəyişiklik və əlavələrin edilməsinə dair təklif təqdir olunmuşdur. Lakin iclas zamanı iştirakçılar sazişin ayrı-ayrı bəndləri üzrə də təkliflər irəli sürmüşdü. MDB-nin İcraiyyə Komitəsinə Gürcüstan, Tacikistan, Rusiya Federasiyası və Qırğızıstandan rəylər daxil olub. Fevralın 21-22-də ekspertlər səviyyəsində keçiriləcək iclasın iştirakçıları sazişə dəyişiklik və əlavələrlə bağlı daxil olmuş təklifləri nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti