...

Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirib

Siyasət Materials 22 Fevral 2006 16:09 (UTC +04:00)

Müsavat Partiyası Divanının fevralın 22-də keçirilən növbədənkənar toplantısında mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək digər namizədlər müəyyənləşdirilib. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

9 saylı Binəqədi seçki dairəsindən Ehtiram Əliyev, 44 saylı Abşeron-Sumqayıt seçki dairəsindən Nəsiman Yaqublu, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Məlahət Mürşüdlü partiyanın vahid namizədləri elan olunublar. 42 saylı Sumqayıt, 69 saylı Masallı-Cəlilabad-Biləsuvar və 119 saylı Ağdam kənd seçki dairələri sərbəst buraxılıb.

Xatırladaq ki, bundan əvvəl partiyanın 4 dairə üzrə vahid namizədləri müəyyənləşdirilib. Bunlar 31 saylı Suraxanı seçki dairəsindən Hökumə İbrahimova, 38 saylı Gəncə seçki dairəsindən Mürşüd Məmmədli, 103 saylı Gədəbəy seçki dairəsindən Sabir Məmmədli, 110 saylı Zaqatala seçki dairəsindən isə Arif Hacılıdır.

Xəbər lenti

Xəbər lenti