...

Azərbaycan prezidenti Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib

Siyasət Materials 23 Fevral 2006 17:36 (UTC +04:00)

Əməkdaşlığın inkişafı məsələləri fevralın 23-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovla görüşündə müzakirə edilib. Bu barədə Trend məlumat verib.

İ.Əliyev bildirib ki, Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri çox uğurlu keçib və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub. Onun sözlərinə görə, Azərbaycanın Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələri Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında öz bəhrəsini verəcək. Prezident Ulyanovsk vilayəti ilə əməkdaşlığın bundan sonra da fəal sürətdə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

S.Morozov hazırda Ulyanvoskda 37 min azərbaycanlının yaşadığı barə məlumat verib və Azərbaycanla əlaqələrin gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti