...

Azərbaycan prezidenti martın 1-dən hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarının artırılması barədə sərəncam imzalayıb

Siyasət Materials 23 Fevral 2006 21:02 (UTC +04:00)

Trend bildirir ki, fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyev martın 1-dən Azərbaycanın hərbi qulluqçularının (Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının artırılması barədə sərəncam imzalayıb.

Sərəncamın birinci bəndinə əsasən hərbi qulluqçuların hərbi rütbəyə görə maaşları Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları səviyyəsində müəyyən edilir.

Həmçinin sərəncamın birinci bəndindən irəli gələn maliyyələşdirmə məsələlərinin AR 2006-cı il dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanları üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsi müəyyən edilir.

Nazirlər Kabinetinə hərbi rütbəyə görə maaşların artırılmasını təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti