...

Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 24 Fevral 2006 16:25 (UTC +04:00)

Fevralın 25-də Xətai rayonunun Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Trend in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqə bölməsinin rəisi Iaqif Əsədov bildirib ki, Xocalı prospektində, Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə sabah keçiriləcək tədbirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər olacaq.

Sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırılır ki, səhər saat 9.00-dan tədbir başa çatanadək Yusif Səfərov, Natiq Əliyev, Ayaz İsmayılov, İzzət Orucov, Nəcəfqulu Rəfiyev küçələrindən həmin istiqamətə avtomobillərin hərəkətinə, dayanmasına yol verilməyəcək. Buna görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrindən az istifadə etməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti