...

Elmar Məmmədyarov: ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti məsləhətləşmələrinin keçiriləcəyi dəqiq tarix hələ müəyyən edilməyib

Siyasət Materials 25 Fevral 2006 12:40 (UTC +04:00)

Vaşinqtonda Dağlıq Qarabat münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti məsləhətləşmələrinin keçiriləcəyi dəqiq tarix hələ müəyyənləşdirilməyib. Trend in məlumatına görə, bu barədə fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Vasitəsilərin görüşünün Amerika paytaxtında martın 6-da keçiriləcəyi barədə informasiyaları şərh edərkən nazir ATƏT-in MQ-dan olan diplomatların hələ belə məlumat təqdim etmədiklərini bildirib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Froansadan olan həmsədrlər Rambuyedə (Paris) Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra danışıqlar prosesində yaranmış mərhələni müzakirə etmək niyyətindədirlər. Bundan sonra münaqişə tərəfləri ilə danışıqlar prosesinin davam etdirilməsi barədə məsləhətləşmələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti