...

Azərbaycan prezidenti "Sosial müavinətlər haqqında" Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb

Siyasət Materials 25 Fevral 2006 14:19 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev "Sosial müavinətlər haqqında" Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb.

Qanunun qüvvəyə minməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinə (NK) iki ay ərzində qüvvədə olan qanunvericilik aktlarının "Sosial müavinətlər haqqında" Qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməsi tapşırılıb. Həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasının təmin edilməsi tapşırılıb.

Bundan başqa, NK həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti