...

Azərbaycan prezidentinin iştirakı ilə qızılca və məxmərək əleyhinə immunlaşdırma üzrə milli kampaniyaya start verilib

Siyasət Materials 27 Fevral 2006 16:04 (UTC +04:00)

Fevralın 27-də Bakıdakı 1 saylı uşaq evində qızılca və məxmərək əleyhinə immunlaşdırma üzrə milli kampaniyaya start verilib. Trend in ANS telekanalına istinadən verdiyi xəbərə görə,tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, düyna şöhrətli musiqiçi Mstislav Rostropoviç və digərləri iştirak edib.

Kampaniya "Vişnevskaya-Rostropoviç" Fondu, YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycanın Səhiyyə Nazirliyi ilə birgə aralıb. İki həftə ərzində 7-29 yaşları arasında olan 3 milyondan çox adama peyvənd vurulacaq. Peyvəndlər tibb, təhsil və digər müvafiq müəssisələrdə pulsuz həyata keçiriləcək.

Azərbaycan prezidenti qızılca və məxmərəyə qarşı immunlaşdırmanın böyüməkdə olan nəslin həm fiziki, həm də mənəvi baxımdan sağlamlığının təmin edilməsində vacibliyini qeyd edib. Dövlət başçısı Azərbaycanda növbəti dəfə qızılca və məxmərəyə qarşı immmunlaşdırma işində iştirak edən "Vişnevskaya-Rostropoviç" Fondunun rolunu yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti