...

Azərbaycan prezidenti Qarabağ üzrə zona müşavirəsi keçirir

Siyasət Materials 1 Mart 2006 17:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bərdədə rayon icra hakimiyyətləri başçılarının iştirakı ilə Qarabağ zonasına aid müşavirə keçirir. Bu barədə Trend Lider telekanalına istinadən bildirir.

Müşavirə martın 1-də Ağdam, Tərtər və Bərdə rayonlarına səfərin yekunları ilə bağlı keçirilir. Bu müşavirə regionun problemləri və sosial-iqtisadi inkişafına həsr olunub.

Bərdədə dövlət başçısı keçmiş prezident Heydər Əliyevin abidəsinin və muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın daxili qoşunları üçün hərbi hissənin inşası ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti