...

Mübariz Qurbanlı: "Proporsional seçki sisteminin tətbiqini istəyənlər referendumu nəzərə almalıdırlar"

Siyasət Materials 2 Mart 2006 12:52 (UTC +04:00)

Proporsional seçki sisteminin tətbiqini istəyənlər öncə referendumu nəzərə almalıdırlar. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən müxalifətyönlü partiya rəhbərlərinin əksəriyyəti seçkilərdə proporsional sisteminin tətbiqi ilə bağlı çıxışlar edib. Bu məsələ ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə siyasi partiya rəhbərləri arasında fevralın 27-28-də keçirdiyi seminarda da müzakirə obyekti olub.

M.Qurbanlı qeyd edib ki, indiki şəraitdə mojaritar seçki sisteminin tətbiqi özünü doğruldub: "Nə vaxtsa bu sistemin Azərbaycan üçün yararsız olduğu əsaslandırılarsa, onda digər sistemdən istifadə edilməsi barədə fikirləşmək olar". YAP rəsmisi onu da vurğulayıb ki, proporsional seçki sistemindən imtina edilib mojaritar seçki sisteminin tətbiqi 2002-ci ildə referendum yolu ilə Konstitusiyaya edilən dləyişikliklərlə tənzimlənib: "Proporsional seçki sisteminin tətbiqini istəyən partiya liderləri bu barədə fikirləşməlidirlər".

Xəbər lenti

Xəbər lenti