...

Əli Əliyevin sədri olduğu AMİP növbəti qurultaya hazırlaşır

Siyasət Materials 2 Mart 2006 14:18 (UTC +04:00)

Əli Əliyevin sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbəti qurultayına hazırlaşır. Bu barədə Trend ə Ə.Əliyevin özü bildirib.

Ə.Əliyev qeyd edib ki, partiyanın nizamnaməsinə uyğun olaraq qurultay üç ildən bir keçirilməlidir. Növbəti qurultayın keçirilməsi isə 2006-cı ilin payız aylarına təsadüf ediləcək. AMİP sədri onu da bildirib ki, qurultaya hazırlıqla bağlı martın sonlarından etibarən rayon təşkilatlarının konfranslarına start veriləcək.

Payızda keçiriləcək qurultayda təşkilatı məsələlərə baxılacağını deyən Ə.Əliyev nizamnaməyə dəyişikliklərin ediləcəyini də istisna etməyib. Bildirib ki, partiyanın mərkəzi seçkili orqanları yenidən formalaşdırılacaq: "Partiya daxilində baş verən məlum olaylar da yenidən müzakirə oluna bilər".

Xəbər lenti

Xəbər lenti