...

Ərəstun Məcidov: Bakının avtomobil yollarında quraşdırılmış "Radar lyuks" cihazları avtomobili yüksək sürətlə idarə edən sürücülərin məsuliyyətdən yayınmasının qarşısını alır"

Siyasət Materials 2 Mart 2006 16:30 (UTC +04:00)

Bakı şəhərinin avtomobil yollarında quraşdırılmış "Radar lyuks" cihazları avtomobili yüksək sürətlə idarə edən sürücülərin məsuliyyətdən yayınmasının qarşısını tam şəkildə alır. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təmini və ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov məlumat verib.

Ə.Məcidovun sözlərinə görə, bu cihazlar respublika ərazisində fevralın 10-dan startı verilmiş "Yüksək sürət təhlükə törədir" devizi altında aylığın uğurla həyata keçirilməsində də yol polislərinə əvəzsiz köməkçidir.

Şöbə rəisi aylığın sonuna 1 həftə qaldığını bildirib və keçirilən aylığın ötən müddət ərzində yol hərəkəti qaydalarına riayətlə bağlı sürücülərdə xeyli irəliləyiş yaratdığını qeyd edib. Martın 10-da aylığa yekun vurulduqdan sonra aylıq çərçivəsində görülmüş işlərin DYP-nin fəaliyyətinə hansı səmərələr verməsi təhlil olunacaq. Ay ərzində yol hərəkəti qaydalarını pozmuş sürücülərlə və onlara qarşı inzibati qaydada görülmüş tədbirlərlə bağlı hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti