...

Təkrar seçkidə iştirak edənlərdən 37 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 2 Mart 2006 20:40 (UTC +04:00)

Bu il mayın 13-də keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı 216 nəfərə çatıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərdən 209-u imza vərəqələrini götürüb. 113 nəfər isə artıq imzatoplama kampaniyasını başa vuraraq imza vərəqələrini dairə seçki komissiyalarına təhvil veriblər. 9 nəfər namizədliyini geri götürüb, 7 nəfərin isə namizədliyinin qeydə alınmasından imtina olunub. Seçkidə iştirak edənlərdən 37 nəfərin namizədliyi qeydə alınıb.

Qeydə alınan namizədlərdən 8-i qadındır. Siyasi mənsubiyyətinə görə 20-si bitərəf, 6 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Müsavat, Kommunist, Ədalət, Böyük Azərbaycan, Demokratik Azərbaycan Dünyası partiyalarının hər birindən bir nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanlardan 6 nəfəri isə siyasi mənsubiyyətini göstərməyib.

Ən çox namizəd irəli sürülən və namizədliyi qeydə alınan dairə 9 saylı Binəqədi ikinci seçki dairəsidir, bu göstəricilərin ən aşağı olduğu dairə isə 38 saylı Nizami-Gəncə ikinci seçki dairəsidir.

Xəbər lenti

Xəbər lenti