...

Çjan Xayçjou: Çinin aviaşirkəti birbaşa Bakı-Urumçi reysini açır

Siyasət Materials 3 Mart 2006 18:36 (UTC +04:00)

Martın 7-də Cənubi Çin aviaşirkətinin "Boinq-750" təyyarəsi Bakı-Urumçi marşrutu ilə ilk reysi həyata keçirəcək. Trend bildirir ki, martın 3-də Çinin Azərbaycandakı səfiri Çjan Xayçjou təyyarə reysinin təqdimatında bu barədə bəyan edib.

Onun sözlərinə görə, bu, Çinin iki ölkə arasında birbaşa reys həyata keçirən ilk aviaşirkətidir. Uçuş həftədə bir dəfə həyata keçiriləcək. Səfir ümid etdiyini bildirib ki, bu reysin açılması iki ölkə arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsinə imkan yaradacaq. "Ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri mövcuddur və fərəhlidir ki, bu münasibətlər Azərbaycan müstəqillik qazandıqdan sonra daha da inkişaf etdirilir" -deyə o qeyd edib.

Onun sözlərinə görə, ötən il mal dövriyyəsinin həcmi 250 mln. dollar təşkil edib. Diplomat qeyd edib ki, bu işdə Çin aviaşirkətlərinin çox mühüm xidməti vardır.

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Lio Lyuiy təqdimetmə mərasimində çıxış edərək qeyd edib ki, biletlərin qiyməti "Azal" Dövlət konserni ilə razılaşdırılıb və bunlar eynidir. Onun sözlərinə görə, həftədə bir dəfə "Boinq-750" təyyarəsi 200 sərnişinlə Urumçiyə birbaşa reyslər həyata keçirəcək və sərnişinlər oradan Çinin digər şəhərlərinə asanlıqla gedə biləcək.

Cənab Lyuiy qeyd edib ki, aviaşirkət 51 il ərzində Asiya və Avropanın 140 şəhərinə təhlükəsiz uçuşlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti