...

QAT sədri Budapeşt şəhər məhkəməsinə müraciət ünvanlayıb

Siyasət Materials 4 Mart 2006 15:08 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Budapeşt şəhər məhkəməsinə müraciət edib. Bu barədə Trend ə QAT-dan məlumat verilib. Qeyd edək ki, Budapeşt şəhər məhkəməsinə erməni zabitini qətlə yetirməkdə ittiham olunan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı araşdırma aparılır.

QAT sədri müraciətində R.Səfərovun təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin görülməsini xahiş edib. Qeyd edək ki, Ermənistanda hakimiyyətə yaxın olan Tərəqqi partiyasının sədri Tiqran Urixanyan rüsvayçı bir təkliflə çıxış edərək Ramil Səfərovu öldürəcək şəxsə 125 min dollar pul vəd edib. Bu, Ermənistan hakimiyyətinin terrorçu xarakterini və düşüncəsini bir daha göstərir. Ermənistan rəhbərliyi R.Səfərovu həta həbsxanada da öldürməyə çalışır. "Ona görə də Ramil Səfərovun təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin görülməsini xahiş edirik. Bu hadisə R.Səfərovun hərəkətlərinin səbəb və motivlərinə bir daha aydınlıq gətirir. Ermənistanın paytaxtı Yerevanda Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahının rəhbəri general-leytenant Paqrev Abramyanın məhkəmə prosesi keçirilir, o, öz arvadını balta ilə doğrayıb öldürməkdə ittiham olunur və prosesdə onun affekt vəziyyətdə olduğu xüsusi vurğulanır. Ramil Səfərovun haqqında hökm çıxararkən məhkəmənin bu faktları nəzərə alacağına ümid edirik"- deyə müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti