...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 6 Mart 2006 12:01 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə, fevralın 27- martıfn 3-də Azərbaycanın Batumi və Supsa limanları vasitəsilə satdığı AZERI LT (CIF) növündən olan neftin orta qiyməti bir barel üçün $63,20 təşkil edib ki, bu da fevralın 20-24-dəki orta qiymətdən $1,89 çoxdur.

Trend in verdiyi xəbərə görə, fevralın 27-martın 4-də bir barel AZERI LT nreftinin qiyməti bir barel üçün $64,57 (martın 3-də) təşkil edib ki, bu da fevralın 27-də həmin sort üçün müəyyən edilmiş fevralın 20-24-dəki ən son qiymətdən $1,71 çoxdur. Ötən həftə AZERI LT neftinin bir barelinin minimal qiyməti $61,93 (27 fevral) təşkil edib ki, bu da fevralın 20-27-dəki həmin sort üçün fevralın 22-də müəyyən edilən minimal qiymətdən $1,33 çoxdur.

Fevralın 27-martın 4-ü həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti bir barel üçün $$57,10 təşkil edib ki, bu 20-27 fevral həftəsindəki orta qiymətdən $2,32 yüksəkdir.

Trend in məlumatına görə, fevralın 27-də martın 4-ü həftəsində bir barel URAL neftinin maksimal qiyməti bir barel üçün $58,64 (3 mart) təşkil edib ki, bu da həmin sort üçün 20-27 fevral həftəsində fevralın 24-də müəyyən edilmiş son hədd qiymətdən $2,47 yüksəkdir. URAL neftinin 27 fevral -3 mart həftəsində minimal qiyməti bir barel üçün $55,45 (3 mart) təşkil edib ki, bu da həmin sort üçün fevralın 22-də müəyyən edilmiş fevralın 20-27 fevral həftəsindəki minimal qiymətdən $1,29 yüksəkdir.

27 fevral- 4mart həftəsində Brent (DTD) neftinin etalon sortunun orta qiyməti $60,93 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $1,54 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $62,44 (24 fevral) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sortüçün müəyyən edilən son hədd qiymətdən $2,15 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $59,36 (27 fevral) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün fevralın 13-də müəyyən edilmiş qiymətdən $0,63 çoxdur.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

ARDNŞ martda novorossiysk limanından 85 min ton həcmibir tanker neft partiyası satıb. Neft satışı üzrə tenderin bu həftə bağlanacağı ehtimal edilir. Tankerin Novorossisyk terminalındaeı 2 N-li körpüdən yüklənəcəyi gözlənilir.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildəki 2,559 mln.tona qarşı 1,631 mln. tonn neft yola salıb. 2005-ci ilin dekabrında Novovrossiyskdən yola salınan neft bir ay əvvəlki 167,2 min tona və 2004-cü ilin dekabrındakı 166,3 min tona qarşı 86,5 min ton təşkil edib. 2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi ARDNŞ-dən Novorossiysk vasitəsilə daha çox - 557 min ton neft alıb, ikinci yerdə 464 min tonla LUKOIL gedir. Bu ilin yanvarında Novovrossiskdən nef yüklənməyib.

Xəbər lenti

Xəbər lenti