...

Azərbaycanla Oman arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 6 Mart 2006 16:25 (UTC +04:00)

Azərbaycanla Oman arasında gələcək əməkdaşlıq məsələləri Azərbaycanın Səudiyyə Ərəbistanındakı səlahiyyətli və fövqəladə səfiri Elman Araslı ilə Omanın xarici işlər naziri Yusif Ələvi və ticarət və sənaye naziri Muqlib bin Əli arasında müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib.

Səfirlikdən verilən məlumata görə, eyni zamanda Omanda akkreditə olunmuş və öz diplomatik missiyasını başa vurmuş E.Araslı görüşlərdə onun missiyasının yerinə yetirildiyi dövrdə Azərbaycanla-Oman arasında məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirib.

Omanın rəsmi şəxsləri səfirini fəaliyyətinə yüksək qiymət veriblər və Azərbaycanla Oman arasında ikitərəfli əməkdaşlığın inkişafında onun böyük işini qeyd ediblər.

Görüşlərdə həmçinin, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında, eləcə də İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin XXXIIII konfransının keçirilməsinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti