...

Təkrar seçkidə iştirak edən namizədlərin təşviqatına start verilib

Siyasət Materials 14 Mart 2006 12:38 (UTC +04:00)

Martın 14-də təkrar parlament seçkilərinin təşviqat mərhələsinə start verilib. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, 10 dairə üzrə keçiriləcək təkrar parlament seçkisində 154 namizəd iştirak edir. MSK-dan bildirilib ki, seçkidə iştirak edənlərin təbliğat-təşviqatının qurulması üçün hər bir namizədə 200 yeni Azərbaycan manatı məbləğində (köhnə pulla bir milyon manat) vəsait ayrılıb. Namizədlər dövlət kütləvi informasiya vasitələrində pulsuz təşviqat apara bilməz. Təkrar seçkidə namizədlərin televiziya kanallarında və digər KİV-lərdə yalnız ödənişli təşviqatı mümkündür. Namizədlərin təşviqat mərhələsində qadağan olunmayan prosedurlar onların seçicilərlə görüşləri, plakatlarının vurulması və digər təbliğat materiallarının yayılmasıdır.

Xəbər lenti

Xəbər lenti