...

Ziya Məmmədov: Azərbaycan özünün dəmiryol layihələrini maliyyələşdirmək imkanlarını öyrənir

Siyasət Materials 15 Mart 2006 18:20 (UTC +04:00)
Ziya Məmmədov: Azərbaycan özünün dəmiryol layihələrini maliyyələşdirmək imkanlarını öyrənir

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan Dövlət Dəmiryolu İdarəsi ilə lokomotiv parkının yenidənqurulması üzrə ikinci kreditlə bağlı danışıqları davam etdirir. Hazırda Azərbaycanın siyasəti layihələrin həyata keçirilməsi üçün minimum borc götürülməsinə yönəlib. Bu zaman maliyyələşdirmə dövlət tərəfindən də həyata keçirilə bilər. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Hazırda lokomotiv parkının yenidənqurulması və müasirləşdirilməsi üzrə layihənin dövlət tərəfindən maliyyələşdirilməsi imkanları öyrənilir.

Hazırda Azərbaycanın dəmiryolları üçün kredit ayrılmasında Dünya Bankı və Asiya İnkişaf Bankı da maraqlı olduğunu ifadə edib. DB $100 mln. kredit ayırmağa hazırdır. AYİB-ın kreditinin məbləği isə razılaşdırılmayıb.

AYİB-lə bu kredit üzrə bütün şərtlər artıq razılaşdırılıb, texniki sənədləşmə hazırlanıb, tenderin keçirilməsi şərtləri razılaşdırılıb. Bundan əlavə, Avropa bankı dəmiryolunun digər layihələri üzrə texniki sənədləşmənin hazırlanmasının maliyyələşdirilməsi üzrə qrant ayırmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti