...

Əbülfəz Qarayev: Dünya Azərbaycanlılarının II qurultayına gələnlər arasında Azərbaycanda turizm sahəsinə sərmayə qoymaq istəyənlər var

Siyasət Materials 16 Mart 2006 18:34 (UTC +04:00)
Əbülfəz Qarayev: Dünya Azərbaycanlılarının II qurultayına gələnlər arasında Azərbaycanda turizm sahəsinə sərmayə qoymaq istəyənlər var

16 martda Bakıda keçirilən Dünya Azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün xarici ölkələrdən gələn qonaqlar arasında Azərbaycanda turizm sahəsinə sərmayə qoymaq istəyənlər var. Bu barədə Trend ə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

O, bildirib ki, qonaqlarda sərmayə qoymaq fikri olan xarici ölkə vətəndaşları, iş adamları ilə bu sahədə danışıqlar aparılır. "Qurultayda iştirak üçün Bakıya gəlmiş qonaqlar arasında elələri var ki, Azərbaycanda sərmayə qoymaq niyyətindədirlər. Onlar arasında turizm sahəsinə də sərmayə qoymaq istəyənlər var. Hələlik hansısa layihələr barədə konkret qərar yoxdur, amma gözlənilir"- deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti