...

Rusiya və Azərbaycanın fövqəladə hallar nazirləri əməkdaşlıq haqqında protokol imzalayıb

Siyasət Materials 27 Mart 2006 19:56 (UTC +04:00)

Bu gün Moskvada Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Sergey Şoyqu arasında gələcəkdə qarşılıqlı fəaliyyət haqqında protokol imzalanıb.

Trend in xəbər verdiyi kimi, bu sənəd 2001-ci ildə imzalanmış təbii, texnogen qəzaların qarşısının alınması və onların aradan qaldırılması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişə əlavədir. Bu barədə Rusiya FHN-nin informasiya idarəsindən məlumat verilib.

S.Şoyqunun sözlərinə görə, Azərbaycanda FHN-nin yaradılması mühüm hadisədir: əvvəllər bu ölkədə təhlükəsizlik və fövqəladə halların nəticələrinin aradan qaldırılması məsələləri ilə müxtəlif qurumlar məşğul idi. "Biz həmkarlarımızla əhalinin və ərazilərin təhlükəsizliyi ilə bağlı bütün məsələlər üzrə daha sıx əməkdaşlıq qura biləcəyik. Biz Azərbaycanın gənc nazirliyinə hərtərəfli köməklik göstərəcəyik, bizim buraxdığımız səhvləri təkrarlamamaqda yardım edəcəyik və Rusiya FHN-nin mövcud olduğu 15 il ərzində əldə etdiyi təcrübə ilə bölüşəcəyik",- deyə rusiyalı nazir bildirib.

Öz növbəsində K.Heydərov ümid etdiyini bildirib ki, Azərbaycanın FHN nümayəndələri rusiyalı həmkarları ilə birgə nəinki hər iki dövlətin ərazisində, işləyəcək, həm də xaricə yardım göstərilməsi üzrə vəzifələri uğurla həll edəcək. "Tarixən Azərbaycan və Rusiya həmişə bir yerdə olub, inkişaf edib. İndi bu dövlətlər insanların köməyinə gələcək", - deyə o qeyd edib.

Azərbaycan FHN Azərbaycan prezidentinin fərmanı ilə ötən ilin dekabrında təsis edilib. Müdafiə nazirliyinin Mülki Müdafiə İdarəsi, DİN-nin yanğından mühafizə idarəsi, sularda xilasetmə üzrə Dövlət Xidməti və digər qurumlar nazirliyin tabeliyinə verilib. Bu barədə İTAR-TASS məlumat verir.

Xəbər lenti

Xəbər lenti