...

Vaşinqtonda Azərbaycanla əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur

Siyasət Materials 30 Mart 2006 10:04 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun Vaşinqtona səfəri çərçivəsində ABŞ-la Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun inkişafı məsələləri ilə bağlı danışıqlar keçirilib. Trend in ANS telekanalına istinadən verilən məlumata görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Tahir Kərimov məlumat verib.

Azərbaycan diplomatının sözlərinə görə, bu cür danışıqlar hər il aparılır və Azərbaycanın XİN rəhbərinin müavininin səfəri çərçivəsində Pentaqonun, Dövlət Departamentinin nümayəndələri və eləcə də ABŞ milli təhlükəsizlik Şurasının nümayəndələri ilə danışıqlar aparılır.

"Ümumi məsələlər var idi. O cümlədən, Azərbaycanın energetika təhlükəsizliyi, Bakı ilə AB arasında qarşılıqlı münasibətlər, GUAM təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycan-Amerika əlaqələrinin hərbi sahədə genişləndirilməsi, təhlükəsizlik sahəsində qarşılıqlı anlaşmanın genişlənməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi yolları üzrə fikir mübadiləsi aparılıb",- deyə T.Kərimov bildirib.

Eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədri Stiven Mənnlə görüş, Azərbaycan XİN rəhbəri müavinin ABŞ Mərkəzi beynəlxalq tədqiqatlar mərkəzində çıxışı da gözlənilir.

Xəbər lenti

Xəbər lenti