...

Artur Lenk: "İsrailin tarixində ilk dəfə olaraq əslən azərbaycanlı deputat Bakıya gələcək"

Siyasət Materials 30 Mart 2006 16:17 (UTC +04:00)

Yaxın aylarda Bakıya İsrailin tarixində ilk dəfə olaraq əslən azərbaycanlı deputat Bakıya gələcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da "Xəzər" universitetinin tələbələri ilə görüşdə İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib.

Səfirin sözlərinə görə, Yosef Şaqal 28 mart 2006-cı il tarixində parlament seçkilərinin yekunlarına görə İsrail Knessetinə deputat seçilib.

"Y.Şaqal Bakıda yaşamış və SSRİ dağıldıqdan sonra İsrailə köçmüş dağlı yəhudidir. Deputat parlamentə "İsrail bizim evimizdir" partiyasından seçilib. Daha əvvəl isə o, İsrail televiziyasının 9-cu kanalında jurnalist işləyib", - deyə A.Lenk qeyd edib.
Səfirlikdən isə bildiriblər ki səfər aprel-may aylarında baş tuta bilər

Xəbər lenti

Xəbər lenti