...

Məzahir Pənahov: "İcra başçılarının seçkiyə müdaxiləsinə dair faktlar varsa, MSK-ya təqdim edin və biz müvafiq dövlət orqanlarına çatdıraq"

Siyasət Materials 31 Mart 2006 12:07 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərində "exit-poll" keçirəcək təşkilatların adları bu günlərdə açıqlanacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O, bildirib ki, "exit-poll" keçirilməsi ilə bağlı beynəlxalq qurumlar tərəfindən müraciət olunub və onlarla danışıqlar aparılır.

MSK sədri həmçinin qeyd edib ki, ötən il keçirilmiş parlament seçkisində istifadə üçün xaricdən gətirilmiş şəffaf mürəkkəblər seçki məntəqələrinə paylanmışdı, təkrar seçkidə də mürəkkəb sifariş olunacaq və mənqələrə paylanacaq. M.Pənahovun sözlərinə görə, Maliyyə Nazirliyi ilə bu məsələylə bağlı danışıqlar aparılır və maliyyə vəsaitləri həmişə vaxtında və lazım olan səviyyədə ayrılır.

Seçki prosesindən danışarkən MSK sədri qeyd edib ki, seçkidə heç bir qanun pozuntuunun baş verməməsi mümkün deyil: "Çünki seçki çox böyük miqyaslı tədbirdir. Biz çalışırıq ki, nəticələrə təsir göstərən qanun pozuntularına yol verilməsin. MSK bunun üçün maksimum səviyyədə tədbirlər görür, müşavirələr, seminarlar, maarifləndirmə proqramları həyata keçirir, xoşagəlməz hadisələrin baş verməməsi üçün seçiciləri və seçki komissiyalarının üzvlərini təlimatlandırır". MSK sədrinin sözlərinə görə, icra hakimiyyətlərinin seçkiyə müdaxiləsinin də ölkə başçısının sərəncamı ilə qarşısı alınır: "Ötən seçkidə şahidi olduq ki, seçki prosesinə müdaxilə edən icra başçıları ölkə prezidenti tərəfindən cəzalandırıldı, vəzifələrindən uzaqlaşdırıldı. Bu məsələyə konkret yanaşma var. Kimin əlində icra başçılarının seçki prosesinə müdaxiləsini təsdiq edən faktlar, sənədlər varsa, təqdim etsin və biz bu sənədləri müvafiq dövlət orqanlarına çatdıraq".

Xəbər lenti

Xəbər lenti