...

İlham Əliyev İran prezidentinə başsağlığı verib

Siyasət Materials 31 Mart 2006 16:31 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev martın 31-də İranın prezidenti Mahmud Əhmədi Nejata həmin ölkənin Luristan vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Luristan vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirib. Baş vermiş faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son məlumatlara görə, İranın qərbindəki Luristan vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb. Dağıntılar altından 70 nəfərin cəsədi çıxarılıb, yaralıların sayı 970 nəfərə çatıb. Zərərçəkənlərin sayının artacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti