...

MSK katibi Natiq Məmmədov: "Hərbi hissələrdə və cəzaçəkmə müəssisəsində təkrar seçkilər üçün lazımi tədbirlər görülüb"

Siyasət Materials 3 Aprel 2006 16:27 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərində cəzaçəkmə müəssisəsi və hərbi hissələrdə seçki keçirilməsi üçün lazımi tədbirlər görülür. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov məlumat verib. O, bildirib ki, təkrar seçkilərin keçirildiyi 10 dairənin ərazisində həm hərbi hissələr, həm də cəzaçəkmə müəssisələri var və buradla seçki məntəqələri yaradılacaq.

"38 saylı Gəncə-Nizami ikinci seçki dairəsinin ərazisində bir islah əmək müəssisəsi, qalanların ərazisində isə hərbi hissələr var. Həm hərbi hissələrdə xidmət edən, həm də islah əmək müəssisəsində cəza çəkən Azərbaycan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi üçün lazımi tədbirlər görülüb".

N.Məmmədov deyib ki, iri miqyaslı seçkilərdən fərqli olaraq təkrar parlament seçkisi məhdud ərazidə, yəni cəmi 10 dairə üzrə keçirildiyindən hansının ərazisində hərbi hissələr yerləşdiyi hərbi sirrin qorunması baxımından açıqlanmır. Amma hərbi hissələrin bütün əsgər və komandir heyətinin səsverməsi üçün orada müvafiq şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti