...

Metyu Brayza: "Azərbaycanda təkrar parlament seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək"

Siyasət Materials 4 Aprel 2006 11:25 (UTC +04:00)

"Hesab edirəm ki, Azərbaycan Milli Məclisinə (parlament) təkrar parlament seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək". Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Avropa və Asiya məsələləri üzrə dövlət katibinin Bakıda səfərdə olan müşaviri Metyu Brayza bəyan edib.

"Düşünürəm ki, təkrar seçkilər dünya standartlarına uyğun keçiriləcək, çünki Azərbaycan hökuməti bu istiqamətdə böyük işlər görüb", deyə müşavir qeyd edib. O vurğulayıb ki, "bütün bunlar Azərbaycan və ABŞ hökumətlərinin birgə səylərinin gözəl nəticəsi olacaq".

Qeyd edək ki, M.Brayza Bakıya aprelin 3-də ABŞ Dövlət Departamenti yanında planlaşdırma üzrə direktor Stefan Kraznerlə gəlib və artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Xatırladaq ki, Milli Məclisə təkrar seçkilər 2006-cı il mayın 13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti