...

Azərbaycan səfiri etimadnaməsini San-Marino rəhbərliyinə təqdim edib

Siyasət Materials 4 Aprel 2006 14:10 (UTC +04:00)

Azərbaycanın San-Marino Respublikasında da akkreditə olunmuş İtaliyadakı səfiri Emil Kərimov etimadnaməsini ölkənin öz fəaliyyətini başa vuran rəhbərləri, Kapitan-regentlər Klaudio Muççioli və Antonello Baciokkiyə təqdim edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş mərasimdə San-Marino Respublikasının xarici işlər və siyasət üzrə dövlət katibi Fabio Berardi nitqlə çıxış edərək Azərbaycanda ictimai-siyasi vəziyyət, iqtisadi inkşiaf, beynəlxalq əlaqələr haqqında dövlət rəhbərlərinə məlumat verib. O, səfir E.Kərimovu yeni təyinatı ilə təbrik edərək bildirib ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək.

E.Kərimov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını San-Marino rəhbərləri və xalqına çatdıraraq vurğulayıb ki, o, ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Azərbaycanlı diplomat qeyd edib ki, fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin inkişafı üçün səy göstərəcək.

Xəbər lenti

Xəbər lenti