...

Azərbaycan prezidenti ABŞ-a ilk rəsmi səfər edəcək

Siyasət Materials 6 Aprel 2006 11:16 (UTC +04:00)

Aprelin sonunda Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a ilk rəsmi səfər edəcək. Bu barədə Trend "Azadlıq" radiosuna istinadən xəbər verir.

Bu, İlham Əliyevin 2003-cü il prezilent seçkilərindən sonra ABŞ-a ilk rəsmi səfəridir. Səfər Ağ Evin dəvəti ilə həyata keçiriləcək.

Vaşinqtonda İ.Əliyevin ABŞ prezidenti Cor Buşla görüşü planlaşdırılır. Qarşıdakı səfərin detalları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri zamanı müzakirə olunacaq.

Belə ki, aprelin 7-də E.Məmmədyarov ABŞ dövlət katibi Kondaliza Raysla görüşəcək. Həmçinin, nazirin Konqresin insan hüquqları üzrə Helsinki komissiyasının həmsədri, senator Sem Braunbeklə də görüşü planlaşdırılır.

Elə həmin gün E.Məmmədyarov Vaşinqtonda Hertage Fondunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti