...

ABŞ-da Azərbaycan prezidentinin səfərinə hazırlıq işləri aparılır

Siyasət Materials 11 Aprel 2006 19:44 (UTC +04:00)

Azərbaycan prezidentinin Birləşmiş Ştatlara rəsmi səfəri təqribən aprelin 25-28-də baş tuta bilər. Bu barədə Trend ə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Tahir Kərimov məlumat verib.

Onun sözlərinə görə, səfərin proqramı və gündəliyi üzərində iş davam etdirilir.

Azərbaycan prezidentinin Senat və Konqresin xarici əlaqələr üzrə komitələrində görüşləri gözlənilir.

Amerika ictimaiyyətinin Azərbaycandakı müasir imkanlarla tanış olması məqsədilə forum keçiriləcəyi və dövlət başçısının bu tədbirdə çıxışı gözlənilir. Forumun iştirakçıları arasında regional proseslərin amerikalı araşdırıcıları, Dövlət Departamentinin, Azərbaycan icmasının nümayəndələrinin və digərlərinin olacağı gözlənilir.

T.Kərimovun sözlərinə görə, ABŞ Dövlət katibi Kondaliza Raysla görüş həmin dövrdə onun Vaşinqtonda olmaması ilə əlaqədar baş tutmayacağı da istisna edilmir. Prezidentin C.Buşla danışıqlarının aprelin 28-də keçirilməsi nəzərdə tutulub və çox güman ki, bu görüş səfərin sonuncu və ən əhəmiyyətli hissəsi olacaq.

Səfər gedişində imzalanacağı gözlənilən sənədlərin hazırlanması üzərində də iş aparılır. Hələlik konkret sənədlərdən danışmağın tez olduğunu bildirən T.Kərimov əlavə edib ki, onlar ən çox iqtisadi sahəyə aid olacaq.

Xəbər lenti

Xəbər lenti