Aprelin 19-da Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının iclası keçirilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Toplantıda ölkədəki ictimai-siyasi durum, mayda keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı problemlər müzakirə olunub. Siyasi Şura üzvləri həmçinin Ermənistan-Azərbycan münaqişəsinin həlli ilə bağlı yeni mümkün variantlar və təkliflər barədə fikir mübadiləsi aparıblar. Partiya quruculuğu məsələləri çərçivəsində bir sıra rayon təşkilatlarının təsis olunması da Siyasi Şurada müzakirə olunub.