...

Əli Əhmədov: "YAP-ın 110 saylı Zaqatala dairəsindən vahid namizədi seçkinin sonrakı prosesində iştirakdan imtina edib"

Siyasət Materials 20 Aprel 2006 15:14 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) 110 saylı Zaqatala seçki dairəsindən irəli sürdüyü vahid namizədinin seçkinin sonrakı prosesində iştirakdan imtinasına görə bu dairədə yeni taktika seçəcək. Trend xəbər verir ki, bu barədə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərlə söhbətində bildirib.

Ə.Əhmədov bildirib ki, bu taktikada söhbət həmin seçki dairəsində YAP tərəfindən hansısa namizədin dəstəklənməsindən gedir: "Hər bir partiya istəyir ki, seçki dairəsindəki namizədi seçilmək üçün daha şanslı olsun. Ancaq neyləmək olar ki, bizim vahid namizədimiz seçkinin sonrakı prosesində iştirakı ilə bağlı fikirlərində dəyişiklik edib".

Qeyd edək ki, YAP-ın sözügedən seçki dairəsindən vahid namizədi Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov idi.

Xəbər lenti

Xəbər lenti