...

Prezident İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 21 Aprel 2006 19:04 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, prezident İlham Əliyev aprelin 21-dəABŞ-ın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Rino Harnişi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüş zamanı səfir R.Harniş vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr uğurla inkişaf edir. Diplomat Azərbaycandakı fəaliyyəti ilə bağlı İ.Əliyevin göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Öz növbəsində, dövlət başçısı ikitərəfli əlaqələrin inkişafına verdiyi tövhəyə görə səfirə minnətdarlığı bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Azərbaycan prezidenti vurğulayıb ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq bundan sonra da inkişaf edəcək. O, ABŞ-a qarşıdakı səfərinin Azərbaycan-Amerika əlaqələrinin genişlənməsinə təkan verəcəyinə əmin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti