...

Bolqarıstan QHT-si Azərbaycanda təkrar seçkilərdə müşahidə aparacaq və "exit-poll" keçirəcək

Siyasət Materials 25 Aprel 2006 17:54 (UTC +04:00)

Bolqarıstanın "Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası" Qeyri Hökumət Təşkilatı 13 mayda Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərinin müşahidəsini aparacaq. Trend in məlumatına görə, bu məqsədlə təşkilat rəsmiləri Azərbaycan Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayıb.

Müşahidə təkrar seçkilərin keçiriləcəyi 10 dairəni əhatə edəcək. Bununla yanaşı qurumun 100 məntəqədə sorğu ("exit poll" və "quick count") keçirmək niyyəti də var. Seçki prosesini müşahidə etmək üçün Bolqarıstandan olan 20 nəfərlik nümayəndə heyəti seçki ərəfəsində Azərbaycana gələcək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Bolqarıstan təşkilatının tərəfdaşı kimi bu proseslərdə iştirak edəcək. Qeyd edək ki, bu, adıçəkilən təşkilatların birgə tədbirlər həyata keçirəcəyi üçüncü seçki prosesidir. Bundan əvvəl 2004-cü il bələdiyyə seçkiləri və 2005-cı il parlament seçkilərində birgə seçki prosesi izlənilib. Sorğuların keçirilmə ("exit poll"- məntəqədən çıxışda sorğu və "quick count" -səslərin tez sayılması) metodologiyası Bolqarıstan təmsilçiləri tərəfindən hazırlanıb. Sorğu prosesində iştirak edəcək intervüyerlərin seçimi və hazırlanmasını isə AVCİYA-nın nümayəndələri yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti