Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 10 mayda doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ölkə üzrə silsilə tədbirlər keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə YAP-ın icra katibinin müavini, Milli Məclisin spiker müavini Bahar Muradova məlumat verib.
O, bildirib ki, hər il Heydər Əliyevin doğum, həmçinin vəfat etdiyi günlə əlaqədar tədbirlər həyata keçirilir. Bu il mayda eks-prezidentin doğum günü qeyd olunacaq. B.Muradovanın sözlərinə görə, respublika miqyasında çoxsaylı tədbirlərə artıq yerlərdə başlanılıb: "Həmçinin may ayının ilk ongünlüyündə Bakıda beynəlxalq konfrans keçiriləcək. Artıq bu, ənənəyə çevrilib".