...

Şahin Mustafayev: ARDNŞ AÇG layihəsi çərçivəsində maliyyələşdirmə hüququnu geri aldıqdan sonra 2,3% həcmində üstünlük qazanıb

Siyasət Materials 28 Aprel 2006 18:24 (UTC +04:00)
Şahin Mustafayev: ARDNŞ AÇG layihəsi çərçivəsində maliyyələşdirmə hüququnu geri aldıqdan sonra 2,3% həcmində üstünlük qazanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) öz maliyyə reytinqi olmadığındanARDNŞ-nin Azerbaijan (ACG) Limited (AzACG) təşkilatının $750 mln. həcmində kredit alması əhəmiyyətli bir uğurdur. İlk dəfə olaraq Azərbaycan şirkəti nəinki küllü miqdarda vəsait ala bilib, həm də beynəlxalq maliyyə institutlarının etibarını qazanmağa müvəffəq olub. Bu barədə Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-nin maliyyə məsələləri üzrə vitse-prezidenti Şahin Mustafayev bildirib. Bu kredit dövlət zəmanəti olmadan verilib.

ARDNŞ həmin kredit vasitəsilə "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində investisiya yatırmaq hüququnu geri alıb. Əvvəllər Exxon Azerbaijan Limited və Turkiye Petrolleri SC şirkətləri "AÇG-dəki 10%-lik investisiya qoymaq hüququnu iki bərabər yerə bölərək layihəyə vəsait yatırırdı. İndiyə qədər şirkətlər tərəfindən $1 mlrd.150 mln. kapital yatırılıb.

$750 mln. həcmində kredit alan AzACG Exxon Azerbaijan Limited və Turkiye Petrolleri SC-nın bu hüququnu geri alıb. Vəsaitin bir hissəsi hüququn alınmasına yönəldilib, digər hissəsi isə layihənin maliyyələşdirilməsinə sərf olunacaq.

Kredit sazişinə əsasən, neft AzACG tərəfindən Glencore və Select Energy Trading şirkətlərinə satılacaq. Bu neftdən əldə edilən gəlir kreditin verilməsi zamanı zəmanətçi rolunda çıxış etmiş BNP Paribas-ın xüsusi hesabına köçürüləcək ki, buradan "AÇG" layihəsi çərçivəsində investisiyalar yatırılacaq.

Kredit Libor +1,7% şərtləri ilə verilib və neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq 3-5 ilə geri qaytarılacaq. Exxon Azerbaijan Limited və Turkiye Petrolleri SC-nin yatırımları 4%-lik dərəcə ilə qaytarılıb. Beləliklə, kreditin alınması Azərbaycana 2,3% həcmində müsbət saldo qazındırıb.

Xəbər lenti

Xəbər lenti